Bakının mərkəzində partlayış - FOTOLAR + VİDEO - YENİLƏNİB

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxananın zirzəmisində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Xəsarət alan 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudov Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

***09:58

Yanvarın 27-də paytaxtın “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində yerləşən binada partlayış baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər.

Partlayış nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi deyilir. Oxu.az

video

DİGƏR XƏBƏRLƏR

Top