Mahaçqala meri vəzifəsindən azad edildi

Mahaçqala meri Musa Musayev vəzifəsindən azad edilib. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müstəntiqin vəsatəti üzrə Yessentuk şəhər məhkəməsi qərar qəbul edib. Keçmiş mer vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İstintaqın versiyasına əsasən, o, 2016-cı ilin martında Dağıstan Respublikasına aid 17,5 min kavadratmetr torpaq sahəsini Arsk kərpic zavoduna qanunsuz verib. İstintaq hesab edir ki, o buna görə 1,1 milyon rubl alıb. Həmin sahənin bazar qiyməti 81 milyon rubldur. M. Musayevin digər bu cür cinayətlərdə əlaqəsinin olub-olmamadığı araşdırılır. M. Musayev yanvarın 19-da saxlanılıb. İki gündən sonra isə o həbs olunub. M. Musayev 2015-ci ilin iyulunda mer seçilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top