Türkiyəyə daha bir raket hücumu


Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhəri və Kilis vilayətinin eyniadlı mərkəzi növbəti dəfə raket hücumuna məruz qalıb. Türkiyə KİV məlumat verir ki, raketlər Suriyanın Afrin bölgəsindən atılıb. “Afrin istiqamətindən Kilisə raket buraxılıb, raketin düşdüyü yerə dərhal təcili yardım əməkdaşları göndərilib, heç kim xəsarət almayıb”, – deyə Kilis vilayət rəhbərliyinin bəyanatında deyilir. Raket zərbəsi nəticəsində ölən və xəsarət alan yoxdur.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top