PSJ bunu etməsə Avropa kuboklarından uzaqlaşdırılacaq

PSJ qarşıdakı mövsüm UEFA Çempionlar Liqasında iştirak etməmək təhlükəsi ilə üzləşib. Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi etdiyi Neymar və Mbappe transferləri səbəbindən təcili olaraq bir çox futbolçusunu satmaq məcburiyyətindədir. PSJ iyun ayına qədər 61 milyon funt-sterlinq dəyərində futbolçu sata bilməsə maliyyə “Fair play” prinsipini yerinə yetirməyəcək və Çempionlar Liqasına qatlmaq haqqı əldə etsə də bu turnirdən uzaqlaşdırılacaq. PSJ Anhel Di Mariya və Lukas Muranı sataraq bu proeblemi aradan qaldlrmağa çalışır. Ancaq indiyədək iki oyunçunu da sata bilməyib.

DİGƏR XƏBƏRLƏR

Top