Saakaşviliyə növbəti zərbə - Ev dustağı oldu

Gürcüstanın keçmiş Prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə saat 22:00-dan 07:00-dək gecə ev həbsi təyin edilib.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kiyevin Apellyasiya Məhkəməsi qərar verib. Bununla da məhkəmə Ukrayna Baş Prokurorluğunun vəsatətini qismən təmin edib.

M. Saakaşvili və onun tərəfdarları bildiriblər ki, Ukrayna Prezidenti Petro Poroşenkonu hakimiyyətdən uzaqlaşdırmaq üçün yürüşləri davam etdirəcəklər. M. Saakaşvili qeyd edib ki, hakimiyyət onun ölkədə hərəkət etməsini, telekanalların gecə buraxılışlarına çıxmasını istəmir.

Xatırladaq ki, Ukrayna Prezidenti 2017-ci ilin yayında həmin vaxt xaricdə olan M. Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib. Lakin siyasətçi Ukraynaya qayıtmağı bacardı.

DİGƏR XƏBƏRLƏR

Top