Mingəçevirdə seçmə yarışlara start verildi

Mingəçevirdə Şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarına start verilib. Bü münasibətlə şəhər 10 saylı tam orta məktəbin akt zalında açılış mərasimi təşkil olunub. Mərasimi Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli açıq elan edib. Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Fide dərəcəli hakim Qüdrət İsmayılov çıxış edərək bildiriblər ki, belə yarışların keçirilməsi ölkədə bu idman növünün inkişafında böyük əhəmiyyət kəsb edir: “Şahmat idman növünə hələ ulu öndərin vaxtında çox böyük diqqət var idi. Bu gün də ölkə Prezidenti tərəfindən bu idman növü digər idman növləri kimi diqqət və qayğı ilə əhatə olunur”.

Açılış mərasimində Mingəçevir Uşaq Gənclər İnkişaf mərkəzinin nəzdində fəaliyyət göstərən şagirdlərin ifasında şən musiqi nömrələri, mahnı və kiçik səhnəciklər nümayiş olunub.Yarışlarla bağlı “Yeniavaz.com” saytına açıqlama verən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib: “Bu gün regionlarımızda müxtəlif yaş qruplarından olan şahmatçıların yarışlarını keçiririk.Qeyd edim ki, regionlarımızda çoxlu sayda hətta beynəlxalq yarışlar da keçirilir və hər il ənənəvi olaraq bizim beynəlxalq qrossmeystr Vüqar Həşimovun xatirəsinə həsr olunmuş qranpri tədbirlər də keçirilir. Bu yarışlara dünyanın müxtəlif ölkələrindən ən tanınmış şahmatçılar iştirak edirlər. Bu gün də Mingəçevirdə şahmatçılarımızın birinciliyi keçirilir və bu yarışda bizim ölkə çempionatına reytinq qazanan şahmatçılarımız olacaq. Təbii ki, belə tədbirlərin keçirilməsi rəqabəti formalaşdırır və gələcəkdə ölkəmizi təmsil edəcək şahmatçıların yetişməsində böyük əhəmiyyət kəsb edir. Mən bu yolda onlara uğurlar arzulayıram və əminəm ki, bu tədbirlər həm bizim məktəblilərimizin, həm də azyaşlı uşaqlarımızın gələcəkdə yüksək intellektuallı bir idmançı kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top