Avropa Parlamentinin üzvü Azərbaycan sərhədlərin pozub

Bu gün Avropa Parlamentinin İsveçdən olan üzvü, xarici əlaqələr komissiyasında təmsil olunan Lars Adaktussonun başçılıq etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa səfər edərək "Milli Məclisin" sədri Aşot Qulyanla görüşüb. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Avropa Parlamentinin üzvü "Qarabağ Respublikası-Avropa Parlamenti" dostluq qrupunun üzvləri ilə bir araya gəlib. Görüş zamanı tərəflər insan hüquq və azadlıqları, "parlament" səviyyəsində əməkdaşlıq, məhkəmələrin müstəqilliyi və qanunun aliliyi mövzularını müzakirə ediblər. "Millət vəkilləri" Lars Adaktussondan daha çox İraq və Suriyadakı kürdlər və Türkiyənin Avropa Birliyinə qoşulması barədə suallar veriblər.

DİGƏR XƏBƏRLƏR

Top