Miqrantlarla dolu qayıq çevrildi: xeyli sayda ölən var

Yəmən sahillərində, dənizdə qayığın çevrilməsi nəticəsində ən azı 30 miqrant və qaçqın həlak olub. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Miqrasiya Təşkilatından deyiblər. Bildirilir ki, qayığın göyərtəsində ümumilikdə 152 miqrant olub. İnsident nəticəsində sağ qalanlar deyiblər ki, həddən artıq yüklənmiş qayıqda Somali və Efiopiyadan gəlmələr olub və onlar yanvarın 23-də Ədən körfəzi üzərindən Cibutiyə istiqamət alıblar.

DİGƏR XƏBƏRLƏR

Top