Ərdoğan azərbaycanlı deputata təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasında Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" əməliyyatına dəstək verən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova təşəkkür edib. Yeniavaz.com-un "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, Prezident qeyd edib ki, Afrin əməliyyatı ancaq terrorçulara və terror təşkilatlarına qarşı yönəlib. O bildirib: "Avropa Parlamentində bunu işğal kimi göstərməyə çalışanlara deyirəm. İşğalı gedin əvvəlcə Liviyada, Ruanda, Malidə axtarın. Türk milləti heç vaxt istilaçı olmayıb. Azərbaycanlı deputat qardaşım Seyidova da dik duruşuna görə təşəkkür edirəm".

DİGƏR XƏBƏRLƏR

Top