Qaz sızması səbəbindən bu rayona mavi yanacağın verilişi dayandırılıb

Zaqatalaya təbii qazın verilişi dayandırılıb. Rayona verən təbii qaz saat 14.30 radələrindən kəsilib. Zaqatala Qaz İstismarı İdarəsindən bildirilib ki, buna 325 mm-lik magistral qaz kəmərində baş verən sızma səbəb olub. Hazırda təmir işlərinə başlanıb. Təmir işləri başa çatandan sonra rayona təbii qazın verilişi bərpa ediləcək.APA

DİGƏR XƏBƏRLƏR

Top