Azərbaycan futbol millisinin heyəti açıqlanıb

Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın rəsmi saytının məlumatına görə, Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib. Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. Bu, Qurbanovun millinin baş məşqçisi postunda açıqladığı ilk heyətdi. Siyahıda “Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən 1 futbolçunu heyətə daxil edib. Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna “Aleksandriya”sının üzvü Pavel Paşayevdi. Heyətdə yığmada debüt etməyən Şahrudin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da yer alıb.

Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Rəşad Əzizli (“Neftçi”);

Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Pavel Paşayev (“Aleksandriya”);

Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Bəhlul Mustafazadə (“Sumqayıt”), Cavid İmamverdiyev(“Sumqayıt”);

Hücumçular: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”).

DİGƏR XƏBƏRLƏR

Top