Azərbaycanda autizm sindromlu uşaqlar üçün yenilik - İş öyrənirlər

Dünyada olduğu kimi, ölkəmizdə də autizm sindromlu uşaqların sayı gün keçdikcə artmaqdadır. Azərbaycanda ilk dəfə olaraq qardaş ölkə "SOCAR Türkiyə"nin dəstəyi ilə Yeniyetmə Autizm Sindromlu uşaqlara peşə öyrədilməsi məqsədilə "KAŞALATA Kafe-Atelye"nin təqdimatı və açılışı olub. "Yeniavaz.com" saytına verilən məlumata görə, Birgə və Sağlam İctimai Birliyinin layihəsi olan kafe-atelyedə yeniyetmə autizm sindromlu uşaqlar fəaliyyət cədvəllərinin dəstəyi və mütəxəssislərin yönləndirilməsi ilə peşə təlimi görür, iş öyrənirlər. Qeyd edək ki, təqdimat və açılış mərasimində Azərbaycanın bir çox tanınmışları iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top