
Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib”. O deyib ki, Azərbaycanda MM üzvlərinin iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək və yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq: “Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır”.
Tətbiqimizi yükləyə bilərsiniz