Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərin çoxunu parlament həyata keçirəcək - AÇIQLAMA

“Bildiyimiz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanlıların soyqırımın 100 illiyi tamam olur. Həmçinin cənab prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib”. Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərin böyük bir hissəsini Milli Məclis həyata keçirəcək. “İyun ayında Milli Məclisə xarici ölkələrin parlamentlərinin sədrlərinin, nümayəndə heyətlərinin, deputatlarının səfəri gözlənilir. Həmçinin soyqırımın 100 illiyi ilə bağlı da müxtəlif tədbirlər həyata keçiriləcək. Respublikamızda bu tədbirlərlə bağlı çox böyük işlər həyata keçirləcək”.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top