Bakıda ağacları məhv edib, bina tikirlər - FOTOLAR + VİDEO

Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 24 ünvanında olan çoxillik ağaclar məhv edilib.

Bu barədə yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, iki gün öncə ağacları məhv edən şəxsə cərimə tətbiq edilsə də, kəsim davam edib:

“Dünən həmin şəxslər yenidən ağacları kəsməyə başlayıblar. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri olduqlarını bildiriblər.

Əvvəl ağacların budanması adı altında iki ağac kəsdilər, dünən isə bütün ağacları kökündən kəsib apardılar”.

Onların sözlərinə görə, izlər qalmasın deyə ağacların köklərindən doğrayıb aparıblar. Sonra həmin ərazini texnika ilə şumlayıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. ETSN-nin nümayəndəsi qeyd etdi ki, hadisə ilə bağlı ciddi ölçü götürüləcək.

Ərazidə yaşayanlar iddia edirlər ki, ağaclar ərazidə bina inşa etmək məqsədilə məhv edilir.

Qeyd edək ki, 24 yanvarda ETSN həmin ərazidə araşdırma aparıb. Baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində iki ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusuna fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.

Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Oxu.az

video

DİGƏR XƏBƏRLƏR

Top