Türkiyə ordusu Afrində 343 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatı nəticəsində 343 terrorçu zərərsizləşdirilib.

Məlumatı Silahlı Qüvvələrin Baş Qərargahı yayıb.

Bildirilib ki, Türkiyənin 13 qırıcısı terrorçu İŞİD və PKK (YPG və PYD) qruplaşmalarının 23 hədəfini məhv edib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Report

DİGƏR XƏBƏRLƏR

Top