Rusyalıların real gəlirləri 1,7 faiz azalıb

2017-ci il ərzində rusiyalıların real sərəncamında olan gəlirləri 1,7 faiz azalıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, ötən ilin dekabrında vətəndaşların real gəlirləri illik ifadədə 1,8 faiz azalıb.

Bununla yanaşı, 2017-ci ildə orta aylıq əmək haqqı nominal ifadədə 2016-cı illə müqayisədə 7,2 faiz artaraq 39,085 min rubladək çatıb. Onun illik artımı real ifadədə 3,4 faiz təşkil edib. 2017-ci ilin dekabrında Rusiyada işsizlik 5,1 faiz səviyyəsində qalıb.

Ümumilikdə 15-72 yaş arasında olan 3,9 milyon nəfər işsiz olub.

DİGƏR XƏBƏRLƏR

Top