Britaniyada restoranlar və otellər ətsiz qalıb

Böyük Britaniyanən ən iri ərzaq məhsulları istehsalçılarından biri olan “Russell Hume” şirkəti ölkənin populyar şəbəkə restoranlarına ət tədarükünü dayandırıb.

Yeniavaz.com-un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb şirkətin Birmingemdə yerləşən fabrikində plandankənar yoxlama zamanı sanitar normalarına əməl edilməməsinin aşkarlanması olub.

Böyük Britaniyanın “Wetherspoon”, “Jamie Oliver's”, “Tiger Tiger”, “Greene King и Marston’s” kimi iri restoran və pivəxana şəbəkələri, “Butlins”, “Haven” və “Warner Leisure” otelləri, eləcə də bir neçə məktəb və qocalar evi ətsiz qalıb. Daha əvvəl tədarük edilən istifadə olunmamış bütün ətlər götürülərək məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top