
Almaniya Türkiyəyə silah ixracını dayandırıb.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya hökuməti bu qərarını Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi əməliyyatın şəffaf olmaması ilə əsaslandırıb.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib: “Hökumətə aydındır ki, biz gərginliyin olduğu regiona silah göndərməyə haqqımız yoxdur və biz bunu etməyəcəyik”.
Afrin əməliyyatına görə, Almaniya Türkiyə ordusundakı “Leopard” tanklarının modernləşdirilməsi layihəsini dayandırıb. Hərbi təchizatların göndərilməsi ilə bağlı qərarı Almaniyadakı yeni hökumət verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz