Afrikada illik korrupsiyanın həcmi açıqlandı

Afrika qitəsində hər il 148 milyard dollar dəyərində rüşvətxorluq fəaliyyəti aparılır.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Millətlər Afrika İqtisadi Komissiyasının baş katibi Vera Sonqve Efiopiyanın paytaxtı Əddis-Əbabada keçirilən 30-cu Afrika İttifaqı Zirvəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, korrupsiya Afrika ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) həcminin kəskin azalmasına gətirib çıxarır. V. Sonqve qeyd edib ki, 148 milyard dollarlıq korrupsiya qitənin orta hesabla ÜDM-sinin 25 faizinə bərabərdir: “Rüşvətxorluq, eyni zamanda ölkədən qanunsuz pul çıxarılmasına səbəb olur”.

DİGƏR XƏBƏRLƏR

Top