Gürcüstan Olimpiya Oyunlarını keçirmək istəyir

Gürcüstan 2030-cu il Qış Olimpiya Oyunlarını qəbul etmək arzusunda olduğunu bəyan edib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanın bu cür irimiqyaslı turnirləri keçirmək imkanlarını öyrənmək məqsədi ilə Beynəlxalq Olimpiya Komitəsinin xüsusi nümayəndə heyəti cari ilin martında ölkəyə gələcək.

G. Kvirikaşvili qeyd edib ki, hökumətin müvafiq infrastruktur obyektlərinin hazırlanmasına, eləcə də qış idman növlərininin inkişafına dair planı var.

DİGƏR XƏBƏRLƏR

Top