İlin bu fəslində ən çox satılan və alınan meyvələrdən biri də almadır. Almanın şirəsini çəkib içənlər də az deyil.
Yeniavaz.com saytı almanın faydalarını təqdim edir.
- C vitamini
Alma C vitamini ilə zəngindir. Güclü bir antioksidant olan C vitamini hüceyrələri yeniləyir, immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında orqanizmi infeksiyalara qarşı qoruyur.
- K vitamini
Almanın tərkibində olan bu vitamin qan laxtalanmasına kömək edir, sümükləri gücləndirir.
- B6 vitamini
Bu vitamin orqanizmin proteinləri tənzimləyə bilməsinə kömək edir. Sinirlər arasında əlaqəni inkişaf etdirmək üçün orqanizmin B6 vitamininə ehtiyacı var.
- A vitamini
Almanın tərkibində olan A vitamini göz, sümük, diş və diş əti sağlamlığı üçün vacibdir. Orqanizmin toxumaları bərpa etmək üçün istifadə etdiyi A vitamini antioksidantdır, hüceyrələri də yenilənir. Orqanizmin infeksiyalardan qorunmasında önəmli rol oynayır.
- E vitamini
E vitamini də güclü bir antioksidantdır, immunitet sistemini gücləndirir. Sağlam saç, üz dərisi və dırnaqlar üçün də E vitamini vacibdir.
- Alma arıqlamaq üçün idealdır. Aşağı kalorili olduğundan çəki almadan doymanızı təmin edir.
- Səhər acqarına bir alma yemək bağırsaqdakı bakteriyalara qarşı effektlidir, qəbizliyin qarşısını alır.
- Yeməkdən sonra almaq yedikdə dişlərin arasını təmizləyir və beləcə dişlərinizi qoruyur.
- Xolestrolu azaldır və qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
- Şəkərin yüksəlməsinə qarşı effektlidir.
- Alma dəmir çatışmazlığı olanlara müsbət təsir edir.
- Təzyiqin nizamlanmasında almanın faydası var.
- Üzə parlaqlıq və gözəllik verir.
- Revmatizmaya qarşı effektlidir.
- Gözlərinizi qoruyur və son illər geniş yayılmış kataraktın qarşısını almaqda kömək edir.
- Alma mədəaltı vəzinin işinə müsbət təsir göstərir, xərçəngdən qoruyur.
- Qaraciyərə müsbət təsir göstərir.
- Həzmi asanlaşdırır.