Afrində tutulan terrorçuların aqibəti bəlli oldu

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində tutulan PYD/PKK-lı terrorçuların aqiəbəti məlum olub.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 7 terrorçu tutulub. Onlar Türkiyənin Hatay vilayətinin Reyhanlı və Hassa şəhərlərinə gətirilib. Terrorçulardan üçün məhkəməyə çıxarılaraq həbs edilib.

Digər terrorçularla bağlı prosedurlar davam edir. Bu arada Türkiyənin Baş naziri Binəli Yıldırım “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 300-dən çox terrorçunun zərərsizləşdirildiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top