Salyanda ev yandı, qadın öldü

Salyanda yanğında 71 yaşlı qadın ölüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xocalı kəndində ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü İsmayılova Ceyran Nəzər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​ Modern.az

DİGƏR XƏBƏRLƏR

Top