Avropa Komissiyası ABŞ şirkətini 1 milyard avro məbləğində cərimələdi

Avropa İttifaqının (Aİ) əsas antiinhisar tənzimləyicisi olan Avropa Komissiyası (AK) ABŞ-ın çip istehsalçısı “Qualcomm Inc” şirkətini 997 milyon avro məbləğində cərimələyib. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, şirkət bazarda rəqabəti məhdudlaşdırırmış. AK-dən bildiriblər ki, şirkət əsas müştərisi olan “Aplle Inc”ə milyardlarla dollar verib ki, sonuncu öz cihazları üçün rəqiblərdən mikroçiplər almasın. AK-nin rəqabət məsələləri üzrə üzvü Marqret Vestaqer deyib ki, mövcud vəziyyətdə heç bir şirkət məhsulu nə qədər yaxşı olsa da “Qualcomm” ilə bu bazarda rəqabət apara bilməzdi. “Qualcomm” 2016-cı ildə “Apple”a simsiz rabitə üçün təqribən 3,2 milyard dollar dəyərində mikroçiplər satıb ki, bu da şirkətin mikroçip satışlarının təxminən 20 faizini təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top