Vahid Ələkbərov: Neftin qiymətinin 150 dollaradək artmasına yol vermək olmaz

Neft hasilatının azaldılması haqqında saziş (OPEK+) nəticəsində 1 barel neftin qiymətinin 140-150 dollaradək artmasına yol vermək olmaz. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Davosda keçirilməkdə olan Ümumdünya İqtisadi Forumunun kuluarlarında deyib. Onun sözlərinə görə, elə bir təəssürat var ki, neft istehsal edən ölkələrin hökumətlərini artıq neftin 1 barelinin qiymətinin 70 dollar olması qane etmir və yenidən qiymət artımı yarışı başlayır: “Biz qiymətləri normaya, 2011-2012-ci illər səviyyəsinə gətirməliyik və sonradan bu sazişdən rəvan şəkildə çıxmalıyıq”. V. Ələkbərov xatırladıb ki, neftin qiyməti kəskin düşəndə ölkələri 1 barel neftin qiymətinin 50 dollaradək olması da qane edirdi. O əlavə edib ki, “Lukoyl” yaxın 3 il üçün öz büdcəsini neftin 1 barelinin qiymətinin 50 dollar əsasında formalaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top