Türkiyə vahid ödəmə kartına keçir

Türkiyədə bank, telekommunikasiya, nəqliyyat və maliyyə sahələrində xidmət göstərən şirkətlər bir araya gələrək Türkiyə Vahid Ödəmə Platformasını yaradıb. Yeniavaz.com-un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, platformaya üzv olan şirkətlər vasitəsilə bütün Türkiyə ərazisində vahid ödəmə sisteminə keçilir.

Sistem sayəsində Türkiyənin bütün şəhərlərində ictimai nəqliyyatda vahid ödəmə sistemi keçərli olacaq. Bir kart vasitəsilə metroya, avtobusa, bərəyə, metrobusa və bütün nəqliyyat vasitələrinə minmək mümkün olacaq. Taksi və avtobus sürən fərdi şəxslər də bu sistemə qoşula bilərlər.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunkasiya naziri Əhməd Arslan deyib ki, yeni kart “Türkiyə Kart” adlanacaq: “Hazırda “Türkiyə Kart”a bənzər sistemlər dünyanın yalnız 3-4 ölkəsində istifadə olunur. Sistem xidmət göstərməyə başlayandan sonra vətəndaşlarımız həm həm kredit kartı, həm də nağd əməliyyatlarını bu kart vasitəsilə həyata keçirə biləcəklər. Bankda hesabınız olmasa belə, “Türkiyə Kart”a sahib olduqdan sonar mobil telefonunuz vasitəsilə başqasına pul göndərə biləcəksiniz. Yeni kartla alış-veriş etmək də mümkün olacaq. Kartlar bütün bankomatlarda, POS terminallarda, elektron ticarətdə, muzeydə və milli parklarda istifadə olunacaq”. Sistemin təqdimatı sabah Baş nazir Binəli Yıldırımın iştirakı ilə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top