Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub. Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.