Makron: Fransa Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmir

Fransa Rusiya və ABŞ ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə ermənistanlı həmkarı Serj Sarqsyanla keçirdiyi mətbuat konfransında deyib. O bildirib: “Mən Ermənistan Prezidentini əmin etdim ki, Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir”. E. Makron qeyd edib ki, Fransa münaqişəni dondurulmuş hesab etmir: “Rusiyalı və amerikalı tərəfdaşlarımızla bir yerdə bu münaqişənin tənzimlənməsinə kömək edə bilən istənilən təşəbbüslər göstərməyə hazırıq”. Fransa Prezidenti əlavə edib ki, Paris Dağlıq Qarabağ ətrafında vəziyyəti izləməyə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top