Puçdemona İspaniya bayrağı öpdürüldü

İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılan Karlos Puçdemon İspaniya bayrağını öpüb. Yenivaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, K. Puçdemon bir müddətdir Danimarkada qalır. 2017-ci ildə Kataloniyanın müstəqilliyi referendumunu keçirən siyasətçi maraqlı hadisə ilə yenidən gündəmə gəlib. Belə ki, Danimarkada yaşayan gənc ispaniyalı ticarət mərkəzində K. Puçdemona yaxınlaşaraq ondan İspaniya bayrağını öpməsini tələb edir. K. Puçdemon İspaniya ilə bir problemi olmadığını bildirərək bayrağı öpür. Adı açıqlanmayan ispaniyalı “baxıram xoşuna getdi” deyərək onun ölkəyə qayıtdığı təqdirdə həbsxanaya düşə biləcəyini qeyd edir.

DİGƏR XƏBƏRLƏR

Top