Marixuananın qanuniləşdirilməsi ABŞ-da cinayətlərin sayını kəskin azaldıb

ABŞ-ın əksər ərazisində marixuananın tibbi və rekreasiya məqsədləri üçün istifadəsinin leqallaşdırılması ölkənin cənub ştatlarında zorakılıq tətbiq etməklə törədilən cinayətlərin kəskin azalmasına səbəb olub.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, araşdırmaçılar Federal Təhqiqat Bürosunun və digər mənbələrin 1994-2012-ci illər üzrə məlumatlarını təhlil etdikdən sonra qənaətə gəliblər ki, Meksika ilə sərhəd ştatlarda narkotika ticarəti ilə bağlı qətllərin sayı 40 faizdən çox aşağı düşüb, oğuruqlar 19 faiz azalıb, qətl hadisələri isə ümumilikdə 10 faiz azalıb. Bundan başqa, 2011-ci ildən etibarən hər il Meksika-ABŞ sərhədində saxlanılan marixuananın həcmi 66 faiz azalaraq 1150 tondan 390 tona enib.

DİGƏR XƏBƏRLƏR

Top