Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında daha bir şəhid verib.
Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, həmşəhərlisi (Antalya) baş leytenant Oğuz Kaan Usta şəhid olub.
Qeyd edək ki, ötən gün Türkiyə ordusunun daha bir hərbçisi şəhid olmuşdu. Bununla da “Zeytun budağı” əməliyyatının 4-cü günündə Türkiyə ordusunin verdiyi şəhidlərinin sayı ikiyə çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz