
“US News & World Report” jurnalı dünya ölkələrinin reytinqini tərtib edib.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, siyahıda cəmi 80 dövlət var. Ölkələr 9 kriteriya üzrə qiymətləndirilib. Bunların arasında turizm sahəsinin inkişafı, innovasiyaların səviyyəsi, sosial sfera, mədəniyyət, iqtisadiyyatın artım templəri, biznes üçün şəffaflıq, əhalinin ümumi həyat səviyyəsi, eləcə də güc və dünya arenasına təsir yer alıb.
Reytinqdə birinci yeri İsveçrə tutur. Kanada ikinci, Almaniya üçüncü, Böyük Britaniya dördüncü, Yaponiya isə beşincidir.
Həmçinin ilk onluğa İsveç (6-cı). Avstraliya (7-ci), ABŞ (8-ci), Fransa (9-cu) və Niderland (10-cu) daxil olub.
Reytinqin son ilk üçlüyünü Serbiya (78-ci), Anqola (79-cu) və Əlcəzair (80-ci) təşkil edir.
Reytinq tərtib edilərkən bütün dünya üzrə 21 min nəfərin qatıldığı sosial sorğunun nəticələrinə əsaslanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz