Dünya sərvətinin 82%-i dünya əhalisinin 1%-ə məxsusdur

Dünya əhalisinin cəmi 1%-i hazırda Yer planetindəki sərvətlərin 82%-ə sahibdir.

Yeniavaz.com "Oksfam" təşkliatının açıqladığı ənənəvi hesabata istinadən bildirir ki, 2010-cu illə müqayisədə 2017-ci ildə milyarderlərin ümumi sərvəti 13% artıb. Son 7 ildə varlı insanların gəlirləri kasıb insanların gəlirlərindən 6 dəfə çox artıb.

"Oksfam" təşkliatının ekspertləri tərəfindən aparılan araşdırmaya görə dünya əhalisinin təxminən yarısının - 3,6 milyard insanın ümumi sərvəti 426 milyard dollara bərabərdir. Onların hər birinə orta hesabla 118 dollar düşür. Halbuki dünyanın ən varlı 8 insanının ümumi sərvəti 3,6 milyard insanın ümumi sərvətinə - 426 milyard dollara bərabərdir. Dünyanın ən varlı 8 insanı arasında Bill Qeyts (75 milyard dollar), Amankio Orteqa (67 milyard dollar), Uorren Baffet (60,8 milyard dollar), Karlos Slim (50 milyard dollar), Ceff Bezos (45,2 milyard dollar) Mark Zukerberq (44,6 milyard dollar), Larri Ellison (43,6 milyard dollar) və Mixael Blumberq ($ 40 milyard dollar) yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top