Benzin və dizelin qiyməti artıb - Bu dəfə Ermənistanda

Yeni ilin ilk ayı ərzindən Ermənistanda benzin və dizelin qiyməti ikinci dəfə bahalanıb. Yeniavaz.com Ermənistan KİV-inə istinadən bildirir ki, dünən bu ölkədə benzil və dizelin qiyməti 10 dram (2,1 sent) artıb.

Məlumatda qeyd olunur ki, bu il ilk dəfə qiymətlər artan zaman hökumət bunu aksiz vergisi dərəcəsinin dəyişməsi ilə izah edib. Lakin dünənki artımın hansı səbəbdən baş verdiyi bildirilmir.

Onu da qeyd edək ki, Ermənistanda benzinin qiyməti son bir il ərzində 100 dram (21 sent) artıb.

DİGƏR XƏBƏRLƏR

Top