Qaxda canavarlar 29 qoyunu parçalayıb - VİDEO

Qaxda canavarlar fermaya hücum edib, qoyunları parçalayıb. Hadisə rayonun Şotavar kəndində baş verib. Kənd sakini Nadir Bayramova məxsus mal tövləsinə hücum edən canavarlar 40 baş qoyundan 29-nu parçalayıb, qalanlarını isə yaralayıb. Canavarlar sürü halında olduğundan fermada olan itlər onlarla bacara bilməyiblər. Ümumilikdə kənd sakininə 8 min manat dəyərində ziyan dəyib. Qax rayon baytarlıq idarəsinin həkimləri əraziyə baxış keçirilib. Tələf olmuş heyvanlar basdırılıb, ərazi dezinfeksiya edilib. Şotavar kəndində canavarların hücumu ilə bağlı bu ilk hadisə deyil. Sakinlərin sözlərinə görə, kənddə tez-tez analoji hal yaşanır.ARB TV

Canavar hücum

DİGƏR XƏBƏRLƏR

Top