
2017-ci ildə əcnəbilər Gürcüstan iqtisadiyyatına 2,7 milyard dollar töhfə veriblər. Yeniavaz.com-un “Sputnik Gürcüstan”a istinadən verdiyi məlumata görə, bunu turizm məsələləri üzrə ekspert Niko Kvaratsxeliya deyib. Onun sözlərinə görə, bu rəqəm daha da böyük ola bilərdi: “Gürcüstan kimi kiçik ölkə üçün 2,7 milyard dollar gəlir çoxdur, lakin 7 milyon turist üçün azdır. Yəni ki 7 milyon səfər edənin hamısı turist olsaydı, daha çox gəlir əldə edə bilərdik”. Ekspert əlavə edib ki, əksər hallarda əcnəbilər birgünlük səfər edən və ya tranzit sərnişin olub. Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7,5 milyondan çox əcnəbi səfər edib ki, bu da 2016-cı ildəki göstəricidən 18,8 faiz çoxdur. Gürcüstana daha çox Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə və İran vətəndaşları gediblər.
Tətbiqimizi yükləyə bilərsiniz