Jirinovski ərzaq talonları rejiminin tətbiqini təklif edib


Rusiyada Liberal-Demokratlar Partiyasından prezidentliyə namizəd olan Vladimir Jirinovski dövlət başçısı seçiləcəyi təqdirdə, ilk növbədə amnistiya, rus dilinin qorunması və ərzaq talonlarının tətbiqi ilə bağlı fərmanlar imzalayacağını açıqlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. Əfv haqqında fərman: Bizdə hal-hazırda cəzaçəkmə müəssisələrində olan məhbusların sayı 650 mindir, onların bir hissəsi yüngül xətalar törədib. Rus dilinin qorunması haqqında: Hər gün dilimizə hansısa yeni bir xoşagəlməz söz əlavə olunur. Əhalini də düşünmək, ərzaq talonlarını işə salmaq lazımdır”, - deyə Jirinovski prezident seçiləcəyi təqdirdə imzalayacağı ilk üç fərmanla bağlı suala cavabında bildirib. Liberal-demokratların lideri hakimiyyətdə təcili struktur dəyişikliklərinə ehtiyac olduğunu vurğulayıb. “Əks təqdirdə onlar təxribat törədib, ölkədən qaçmağa macal tapacaq”, - deyə Jirinovski bildirib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top