
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazilik ünvanının verilməsi ilə əlaqədar qanun təklifi hazırlanıb. Yeniavaz.com-un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, bu təkliflə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan millət vəkili Mətin Külünk çıxış edib. O, hazırladığı qanun təklifini AKP-nin Türkiyə Parlamentindəki qrup rəhbərinə göndərib. Təklifin hazırlanmasına səbəb kimi R. T. Ərdoğanın milli azadlıq yolunda vətən uğrunda bütün varlığını həsr etdiyi göstərilir: “Davosdakı “One minute” çıxışından sonra birbaşa hədəf halına gəlib, hücumların bilavasitə mərkəzinə çevrilib. Prezidentimizin apardığı mübarizə bu mənada bir çox cəbhə savaşı ilə irəliləyib”.
Tətbiqimizi yükləyə bilərsiniz