
YPG terror təşkilatının Suriyanın Afrin bölgəsində nəzarət etdiyi ərazidən Türkiyənin Hatay vilayətinin Kırıkhan rayonunun Kalatepe məhəlləsinə iki raket atılıb. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, raketlər qurulma işləri davam edən çadırlara düşüb. İnsident nəticəsində Türkiyə Elektrik Enerjisi Paylayıcı şirkətinin 1 işçisi həlak olub. Azad Suriya Ordusundan olan 3 nəfər isə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz