Türkiyə “Zeytun budağı” əməliyyatında yeni cəbhə açdı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsinə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində yeni cəbhə açıb. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, TSQ Afrinin şərqindəki Azezdən əməliyyata başlayıb. Üçüncü gününə qədəm qoyan “Zeytun budağı” əməliyyatında indiyədək 11 kənd YPG terrorçularından təmizlənib. TSQ-nın dəstəklədiyi Azad Suriya Ordusu Afrində 8 kilometr içəri irəliləyə bilib. Qeyd edək ki, Azez Azad Suriya Ordusunun nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top