Aİ Fələstinlə assosiativ saziş bağlamağı planlaşdırır

Avropa İttifaqı (Aİ) Fələstin ilə assosiasiya haqqında saziş bağlamağa ümid edir. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib. O bildirib: “Biz Fələstin Prezidenti Abbasa bəyan etmək istəyirik ki, Aİ Fələstinlə münasibətlərdə müvəqqəti sazişdən assosiasiya haqqında sazişə keçmək istəyir. Nazir qeyd edib ki, Aİ, həmçinin Yaxın Şərq münaqişəsinin “iki dövlət” prinsipi əsasında nizamlanmasına sadiqliyini təsdiq etməyi planlaşdırır: “Bu prinsip ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə daşımaq qərarı ilə pozulub”. Xatırladaq ki, ABŞ ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top