Ötən il ərzində Azərbaycanda "Google Chrome" internet brauzerindən istifadə edənlərin sayı artıb, "Opera" brauzerindən istifadə edənlərin sayı isə azalıb. Yeniavaz.com məşhur "Global stats" mərkəzinin açıqladığı məlumata istinadən bildirir ki, ötən ilin dekabr ayının yekunlarına görə Azərbaycanda internet istifadəçilərinin 64%-i "Google Chrome" brauzerindən istifadə edib. 2016-cı ilin dekabr ayı ilə müqayisədə "Chrome" istifadəçilərinin ümumi istifadəçilər arasındakı payı 6 faiz bəndi artaraq 64%-ə yüksəlib. Azərbaycanda ən çox istifadə olunan internet brauzerlər arasında ikinci olan "Opera"dan istifadə edənlərin ümumi istifadəçilər arasındakı payı son bir ildə 12%-dən 9,8%-ə düşüb.
Bunlardan başqa üçüncü sırada olan "Apple" məxsus "Safari" brauzerinin bazar payı 7,3%, "Samsung İnternet" brauzerinin bazar payı 6,7%, "Android" brauzerinin payı 5,5%, "Firefox" brauzerinin payı 1,7% olub.