
Suriya nizamlanmasında kürdlərin rolu təmin edilməlidir. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir qeyd edib ki, bu rol Suriyanın bütün etnik, dini, siyasi qüvvələrin ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməyə çağırıldığı ümumi platformada təmin edilməlidir. Onun sözlərinə görə, kürdlər bu əsasda Soçidə gələn həftə keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə dəvət edilənlərin siyahısına salınıb.
Tətbiqimizi yükləyə bilərsiniz