“Zeytun budağı”na qarşı çıxan 57 şübhəli haqqında cinayət işi açıldı


Türkiyənin sərhədlərinin və ərazi bütövlüyünün təmini üçün keçirilən “Zeytun Budağı” əməliyyatına qarşı ölkə daxilində təxribatçı əməllərə əl atanlarla bağlı həbs dalğasına başlanılıb. Türkiyə mediasının xəbərinə görə, ilk öncə İstanbulda həbslər həyata keçirilib. Yəni, məlum əməliyyat başlandığı andan sosial şəbəkələr üzərindən terror təbliğatı ilə məşğul olduqları təsdiq edilən 57 şübhəli haqqında İstanbul-Anadolu Cümhuriyyət Baş İstintaq İdarəsi tərəfindən araşdırma başladılıb, cinayət işi açılıb. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top