Tullantılardan sənət əsəri hazırlayan qız - FOTO

Evdə lazımsız əşyalar onun xammalına çevrilib. Yevlaxda yaşayan Nüşabə Məmmədova 4 ildir bu işlə məşğuldur. O, plastik butulkadan fincan, səbət, paltar asmaq üçün istifadə edilən əşyadan stul, kibrit qutuları və dənələrindən isə ev, avtomobil maketləri hazırlayır. Rayon sakini diqqət tələb edən işindən yorulmadığını deyir. Nüşabə Məmmədova ilk vaxtlar düzəldiyi suvenirləri bəyənməsədə, zaman keçdikcə onlara sevgisi daha da artıb. Nüşabə Məmmədova “Yeniavaz.com”a bildirib ki, yeni işə başlayan zaman atası övladının istəyinə qarşı çıxsa da, sonradan qızının ərsəyə gətirdikləri onun da diqqətini cəlb edib. Yevlax sakini hazırladıqları suvenirləri satmır.

O, hədiyyə etməklə insanların qəlbini sevindirməyi daha üstün tutur. Gənc qız hazırda maraqlı görnüşlü suvenirlərin sayını artırmaqla məşğuldur.

Nüşabə Məmmədova yaxın aylarda şəxsi sərgisni təşkil etməyi planlaşdır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top