AAAF Park sakinləri Xırdalanda yolu bağlayıblar - VİDEO

"AAAF Park" sakinləri Xırdalanda yolu bağlayıblar. Sakinlərdən "Yeniavaz.com"a daxil olan məlumata görə, sakinlər Xırdalan şəhərinin Heydər Əliyev prospektində yolu bağlayaraq avtomobillərin hərəkətinin qarşısını alıblar. Sakinlər Xırdalanda elektrik enerjisinin verilməsində tez-tez yaranan fasilələrdən şikayətçidilər. Onların sözlərinə görə, işıqların sönməsi nəticəsində "AAAF Park"da suyun və istilik sisteminin verilişi dayanır.
Hadisə yerinə DYP əməkdaşları gəldikdən sonra yol açılıb. Elektrik enerjisinin verilişi isə artıq bərpa olunub.
"AAAF Park"dan sakinlərə elektrik enerjisinin verilməsində baş verən fasilələrin birbaşa AzərEnerji ASC ilə əlaqədar olduğu bildirilib.

AAAF

DİGƏR XƏBƏRLƏR

Top