Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Suriya sərhədini keçib.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. APA

DİGƏR XƏBƏRLƏR

Top