Məktəbli ov tüfəngindən açılan atəş nəticəsində gözündən yaralanıb

Abşeron rayonunun Saray qəsəbəsində məktəb şagirdi silahlı insident nəticəsində gözündən yaralanıb.

Hadisə 2001-ci il təvəllüdlü Saray qəsəbə sakini, 10-cu sinifdə təhsil alan Xəlil İlqar oğlu Allahquliyev qardaşı Cəlil ilə birgə dərsdən evə qayıdarkən baş verib.

Naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi Allahquliyev Xəlilin sol göz nahiyəsinə dəyib. Atəşin kim tərəfindən açıldığı hələlik məlum deyil.

Məktəbli ailə üzvləri tərəfindən Sumqayıt şəhərində yerləşən Akademik U. Musabəyli adına Oftalmoloji xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, X.Allahquliyev gətirilərkən vəziyyəti ağır olub. Dərhal tibbi müdaxilə edilib. Kəsilmiş cırılmış göz cərrahi əməliyyat olunub. Hüquq mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top