Rusiya qoşunlarını Afrindən çıxardı

Suriyanın Afrin rayonunda olan Rusiya Barışıq Mərkəzinin nümayəndələri və hərbçiləri “Təl Rifat” təhlükəsizlik zonasındakı Təl Əcər rayonuna dislokasiya edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Dislokasiya hərbçilərin təhlükəsizliyini təmin etmək və mümkün təxribatların qarşısını almaq məqsədi ilə həyata keçirilib.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatı başlayıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top